Dörd elektrik stansiyasında təmir-bərpa işləri üçün “Azərenerji” ASC-yə 30 milyon manat ayrılıb

“Şimal”, “Cənub”, “Sumqayıt” və “Mingəçevir” elektrik stansiyalarında təmir-bərpa işləri üçün “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə 30 milyon manat ayrılıb.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev dekabrın 17-də “Elektrik enerjisi istehsalının artırılması istiqamətində tədbirlərin həyata keçirilməsi haqqında” Sərəncam imzalayıb.

Sərəncama görə, “Şimal”, “Cənub”, “Sumqayıt” və “Mingəçevir” elektrik stansiyalarında təmir-bərpa işlərinin görülməsi və zəruri avadanlıqların tədarük edilməsi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan “Azərenerji” ASC-yə nizamnamə kapitalının artırılması üçün ilkin olaraq 30 milyon manat ayrılıb.

ƏvvəlkiSumqayıtda havaya atılan tullantıya görə müəssisə cəzalandırılıb
NövbətiBu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək