Donald Tramp seçkiqabağı kampaniyaya başlayır

ABŞ-ın keçmiş prezidenti Donald Tramp şənbə günü seçkiqabağı kampaniya çərçivəsində ilk mitinqlərini keçirir.

Trend “Associated Press”ə istinadən xəbər verir ki, D.Trampın bu günə planlaşdırılan iki mitinqi var: biri Nyu-Hempşirdə, ikincisi isə Cənubi Karolinada. Söhbət Respublikaçılar Partiyasının praymerizini ilk keçirən ştatlardan gedir – Trampın onlara marağı da bu səbəbdəndir.

Qeyd edək ki, Donald Tramp iki aydan çoxdur ki, prezidentlik uğrunda mübarizədə iştirak etmək niyyətində olduğunu bəyan edib.

ƏvvəlkiAzərbaycanlı velosipedçilər “Tour of Sharjah” yarışının ikinci mərhələsini başa vurublar
Növbətiİran Prezidenti Prezident İlham Əliyevə zəng edib