Doğma Yurda Qayıdış İB təlimləri başa çatdırdı

İyulun 30-da, Doğma Yurda Qayıdış İctimai Birliyi, Ağdam rayonu Quzanlı qəsəbəsində, Azərbaycan Respubliksası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Məcburi köçkünlərə kiçik sahibkarlığın inkişafı ilə bağlı təlimlərin keçirilməsi” layihəsi çərçivəsində təlimləri davam etdirdi.
“Biznes mədəniyyəti, əhəmiyyəti və işgüzar etika” və “Mikrokreditlərin əldə edilməsi və pul vəsaitlərinin düzgün hərəkəti” adlı 3-cü və 4-cü təlimlərdə, əvvəlki təlimlər zamanı iştirak edən 30 nəfər kiçik sahibkarlıqla və fermer təsərrüfatı ilə məşğul olan şəxslər iştirak ediblər. Tədbir iştirakçılarını salamlayan layihə rəhbəri Səməd Hətəmov göstərdikləri dəstəyə görə ARPYQHTDDŞ-nin və Ağdam RİH-nin rəhbərliyinə təşəkkürünü bildirdi. Layihə rəhbəri layihənin mövzusu, onun aktuallığı ilə bağlı təlim şitirakçılarına qısa məlumat verdi. Daha sonra söz layihənin eksperti Qasım Həsənova verildi. Ekspert biznes mədəniyyəti, işgüzar etika və mikrokreditlərin əldə edilməsi mövzusunda təlim iştirakçılarına geniş məlumat verdi. Təlimlərin sonunda iştirakçılar mövzu ilə bağlı ekspertə suallar ünvanladı. Layihə eksperti Q.Həsənov təlim iştirakçılarını maraqlandıran suallara ətraflı cavab verdi. Təlimlərdə qonaq qismində Ağdam rayon İcra Hakimiyyətinin ərazi idarəetmə şöbəsinin baş məsləhətçisi Fədai Həsənov və ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Ziya Hümbətov da iştirak etdilər.Doğma Yurda Qayıdış Ä°B təlimləri başa çatdırdı

Doğma Yurda Qayıdış İB təlimləri başa çatdırdı

Doğma Yurda Qayıdış İB təlimləri başa çatdırdı

Doğma Yurda Qayıdış İB təlimləri başa çatdırdı

Doğma Yurda Qayıdış İB təlimləri başa çatdırdı

Doğma Yurda Qayıdış İB təlimləri başa çatdırdı

Doğma Yurda Qayıdış İB təlimləri başa çatdırdı

ƏvvəlkiGəncədə baş verdiyi iddia edilən qadının yandırılması videosu saxtadır və təxribat xarakteri daşıyır
NövbətiMoskva Pxenyanla bağlı sanksiyanı pozdu