Doğma Yurda Qayıdış İB Ağdamda “Qalib Azərbaycan” adlı ədəbi-bədii tədbir keçirdi

Aprelin 13-də Ağdam Dövlət Teatrının binasında Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Doğma Yurda Qayıdış” İctimai Birliyinin “Ağdam rayonunda “Qalib Azərbaycan” adlı ədəbi-bədii tədbirin keçirilməsi ” adlı layihəsi çərçivəsində tədbir keçirilib.

Doğma Yurda Qayıdış İctimai Birliyindən daxil olan məlumatına görə, tədbir 44 günlük Vətən müharibəsində ordumuzun göstərdikləri qəhrəmanlıqları tərənnüm edən rolikin nümayişi ilə başlayıb.

Sonra aparıcılar tədbirdə iştirak edən şəhid ailələrini, qaziləri, bütün iştirakçıları salamlayaraq tədbiri açıq elan ediblər. Söz Doğma Yurda Qayıdış İctimai Birliyinin sədi, layihənin rəhbəri Səməd Hətəmova verilib. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Təşkilat sədri layihə ilə bağlı iştirakçıları məlumatlandırıb, Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi rəşadətdən, Şəhid və qazilərimizin igidliyindən, zəfərimizin, qalibiyyətimizin tarixi əhəmiyyətindən danışıb və layihəyə maliyyə dəstəyi verdiyi üçün Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkürünü bildirib.

“Tədbirin Ağdamda keçirilməsi təsadüfü deyil. Ağdam birinci və ikinci Qarabağ savaşında ən böyük əziyyətlər çəkən, çox böyük itki verən, minlərlə şəhidi və qazisi olan bölgələrdən biridir. Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin müxtəlif istiqamətlərdə qrant layihəsi elan etmişdi və layihələrin böyük əksəriyyətini zəfərimizin, qələbəmizin təbliğinə yönəltmişdir. Bu keçirilən tədbir də bu qəbilədəndir. Biz 30 ildən sonra elə bir qələbə qazanmışıq ki, bu bizim tariximizə qızılı həriflərlə yazıldı, bükülmüş belimiz dikəldi, millətlər arasında qürurlu bir millət olduğumuzu dünyaya bir daha sübut eləmişik. Bu bizim qələbə əzmi yüksək olan, ölümün gözünə dik baxan igidlərimizin, qəhrəmanlarımızın sayəsində oldu. Onların sayəsində işğalda olan torpaqlarımızı azad etdik. Şəhidlərimizə min rəhmət! Eşq olsun bizim qazilərimizə! Var olsun Azərbaycan xalqı! ”- Səməd Hətəmov deyib və Avdı Qoşqarın “Azərbaycan Əsgəri” şerini sələndirib.

Sonra YAP Ağdam rayon təşkilatının nümayəndəsi Tofiq Cəfərov, Ağdam İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, XTQ-in kapitanı, Vətən müharibəsi qazisi Samir Məmmədov, Şəhid Anası maya xanım və digərləri çıxış ediblər.

Sonra əvvəlcədən müəyyənləşdirilmiş bədii qiraətçilər, musiqiçilər milli ruhda şəhid və qazilərimizin, əsgərlərimizin igidliyini tərənnüm edən şerlər səsləndirilib və musiqi nömrələri ifa edilib.

Sonda layihə çərçivəsində nəzərdə tutulan və üzərində Şuşa və Ağdamın rəmzi həkk olunmuş suvenirlər 27 şəhid ailəsi, qazimizə təqdim edilib.

Qeyd edək ki, layihə çərçivəsində Ağdam rayonunda birinci və ikinci Qarabağ müharibəsi iştirakçılarının, şəhid ailələrinin, kollec tələbələrinin, orta məktəbin yuxari sinif şagirdlərinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə 44 günlük Vətən müharibəsində misilsiz qəhrəmanlıq göstərən şəhid və qazilərimizi tərənnüm edən tədbirin keçirilməsi, döyüş səhnələrindən müxtəlif kadrların nümayiş etdirilməsi, 25 şəhid ailəsi və qazimizə hədiyyələrin təqdim edilməsi nəzərdə tutulurdu.

ƏvvəlkiElman Rüstəmov müşavir təyin edildi
NövbətiAzad Müəllimlər İctimai Birliyinin həyata keçirdiyi layihəsi çərçivəsində növbəti altıncı təlim keçirildi