“Demokratik İnkişafın Təşviqi” İctimai Birliyi ekoloji layihəyə start verdi

Fevralın 1-dən “Demokratik İnkişafın Təşviqi”  İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ətraf mühitin çirkləndirilməsi ilə mübarizədə bələdiyyə, QHT və sakinlərin birgə tədbirlərin keçrilməsi” layihəsinə start verib.

Layihənin əsas məqsədi ictimai məkanların çirkləndirilməsinə qarşı bölgə bələdiyyələrinin yerli sakinlərlə birgə fəaliyyətinə təkan verilməsidir.  Layihə çərçivəsində regionlarda ekoloji maarifləndirmə işləri aparılacaq.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi AgentliyiMəlum olduğu kimi, Azərbaycanda son zamanlar post-neft dövrünə keçid üçün bir çox layihələr həyata keçirilir. Hökümət çalışır ki, təkcə mərkəzi şəhərlərdə yox, bütün rayonlarda abadlaşdırma sürətlə getsin,infrastruktur yenilənsin. Küçələr, yollar təmiz və rahat olsun. Bu üzdən rayonlara milyonlarla manat dəyərində yatırımlar qoyulur. Lakin sakinlərə ətraf mühütə məsulliyyətlə yanaşılması aşılanmır.

Həmçinin bölgələrdə küçələrin natəmiz olmasını turist axınına əngəl kimi qiymətləndiririk.

Bu səbəbdən də hesab edirik ki, ekologiyanın qorunması, ictimai məkanların təmiz saxlanılması istiqamətində maarifləndirmə işləri hələ də davam etdirilməlidir. Bu istiqamətdə bələdiyyələr, eləcə də ictimai qurumlar mütəmadi olaraq fəaliyyət göstərməlidirlər.

ƏvvəlkiSon sutkada Azərbaycanda COVID-19 infeksiyasına 7050 yoluxma faktı qeydə alınıb
NövbətiQara Qarayevin doğum günü ilə bağlı layihə hazırlanıb