“Diqlas” Ticarət Mərkəzindəki yanğında xəsarət alan şəxs evə buraxılıb

“Diqlas” Ticarət Mərkəzində martın 26-da baş verən yanğın zamanı xəsarət alaraq 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilən Fövqəladə Hallar Nazirliyinin əməkdaşı evə buraxılıb.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, əlindən xəsarət alan yaralıya tibbi yardım göstərilib.

Xatırladaq ki, martın 26-da Bakının Nizami rayonu, Qara Qarayev prospektinin 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində yanğın baş verib. Yanğında 12 nəfər xəsarət alıb.

ƏvvəlkiAzərbaycan Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yayıb
NövbətiAtəşkəs rejimi 24 dəfə pozulub