DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi yaradılıb

Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi yaradılıb.

“Report”un xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin strukturu”nda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

ƏvvəlkiŞərurda yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib
NövbətiHindistanda faciəvi qəza: 288 nəfər öldü – Matəm elan olundu