DİN-dən Qubadakı cinayətlə bağlı rəsmi açıqlama

Daxili İşlər Nazirliyi Quba rayonunda baş verən cinayətlə bağlı açıqlama yayıb.

Türk.az xəbər verir ki, oktyabrın 19-da Quba rayon polis şöbəsinə rayon sakini olan 25 yaşlı qadının itkin düşməsi barədə məlumat daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Araşdırmalarla qadının həmin gün ərinin qohumu tərəfindən öz razılığı ilə qaçırıldığı müəyyən edilib.

Oktyabrın 22-də həmin şəxs bu əməli törətdiyinə görə qadının yaxın qohumları tərəfindən yaşadıqları kənd ərazisində döyülüb. O, aldığı xəsarət nəticəsində hadisə yerində ölüb.

ƏvvəlkiEldar Əzizov sahibsiz itlərlə bağlı göstəriş verdi
NövbətiBöyük Britaniya baş naziri Tereza Mey