DİN bağçada tərbiyəçinin körpəni döyməsi ilə bağlı araşdırmalara başlayıb

Sosial şəbəkədə ölkədə fəaliyyət göstərən uşaq bağçalarından birində körpəyə qarşı tərbiyəçi və ya müəllimin şiddət göstərdiyini özündə əks etdirən görüntülər yayılıb.

“Report” xəbər verir ki, görüntülərdə qadının körpənin çörəyi yeməsini israr edir və başına sillə vurur.

Görüntülər insanların narazılığına səbəb olub.

Daxili İşlər Nazirliyindən “Report”un sorğusuna cavab olaraq bildirib ki, görüntülərdən məlumatlıdırlar və məsələ araşdırılır.

Qeyd edək ki, dövlət uşaq bağçaları Təhsil Nazirliyinin tabeliyindədir.

ƏvvəlkiPaytaxtın bu yollarında sürət həddi endirilib
NövbətiPrezident İlham Əliyev: Azərbaycan-Türkiyə münasibətləri möhtəşəm inkişaf yolu keçib