DİM sədri: “23-24 iyulda keçirilməsi nəzərdə tutulan imtahanlarda 60 min şəxs iştirak edəcək”

“23-24 iyulda keçirilməsi nəzərdə tutulan buraxılış (qəbul) imtahanlarında 60 min şəxsin iştirak etməsi nəzərdə tutulub”.

“Report” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə növbəti buraxılış (qəbul) imtahanlarının keçirilməsi bağlı danışarkən deyib.

DİM sədri qeyd edib ki, karantin rejimi müddətində təxminən 143 min insan üçün imtahan keçirilib: “120 mini öz nəticələrini əldə edib. Bu həftələrdə yerdə qalanların da nəticələri elan olunacaq”.

M.Abbaszadə bildirib ki, növbəti həftə üçün imtahanların keçirilməsi üçün Nazirlər Kabineti yanında Operativ Qərargahdan icazə alınıb.

ƏvvəlkiTovuz rayonu istiqamətində döyüşlərdə şəhid olan hərbi qulluqçuların ailələrinə qayğı göstərilir
NövbətiDövlət Xidməti: 8500-ə yaxın vətəndaş döyüşə getmək üçün qeydiyyata düşüb