Dilçilik İnstitutu: Yeni orfoqrafiya lüğətində 97 min söz saxlanılıb

“Hazırda yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” “Elm” nəşriyyatındadır”.

Bunu “Report”a açıqlamasında AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.

Onun sözlərinə görə, lüğətdən lüzumsuz, qondarma sözlər, çətin anlaşılan ərəb və fars sözləri çıxarılıb: “Güman edirəm ki, lüğət ilin sonuna qədər çapdan çıxacaq. Əvvəl lüğətdə 110 min söz var idi, indi isə 97 mindir. Müəyyən sözlər çıxarılıb, müəyyən sözlər də əlavə olunub”.

ƏvvəlkiSəbinə Əliyeva: “Ombudsman seçilmək mənim üçün böyük şərəfdir”
NövbətiPolşa Silahlı Qüvvələrinin nümayəndə heyəti Azərbaycana gəlib