Deputat Naqif Həmzəyev AŞPA-da kiber təhlükəsizlik ilə bağlı çağırış edib

“Rəqəmsal texnologiya, dövlət senzurası və dövlət səviyyəsində təkmilləşdirilmiş kiber təhlükəsizlik sahəsində görüləcək işlərimiz hələlik çoxdur. Yaşadığımız rəqabət və dinamik bir dövrdə internetin idarə edilməsi insanların təhlükəsizliyinin təmin edilməsi baxımından da böyük əhəmiyyət daşıyır”.

“Report“un Qərbi Avropa bürosu xəbər verir ki, bunu Avropa Şurasında Azərbaycan nümayəndə heyətinin üzvü, deputat Naqif Həmzəyev AŞPA-nın qış sessiyasında “İnternetin idarə edilməsi və insan hüquqları“ üzrə hesabatın müzakirəsi zamanı deyib.

Deputat qeyd edib ki, bu hesabat internetin bir sıra insan hüquqlarının həyata keçirilməsi, bərabərsizliyə qarşı mübarizə və insan inkişafının sürətləndirilməsində əvəzolunmaz rolunu təsdiq edir.

N.Həmzəyev Avropa Xalq Partiyası qrupunun üzvü, estoniyalı deputat Andres Herkelin “İqtisadi və sosial, ticarət, maliyyə, innovasiya, səfərbərlik və digər sahələrdə nailiyyətlərin əldə edilməsində, azadlıqların həyata keçirilməsi və insan inkişafının bütün sahələrində internet geniş potensiala malikdir. Universal istifadənin təmin edilməsi hamımız üçün prioritet məsələlərdən olmalıdır”, – deyə söylədiyi fikirlərlə razı olduğunu və bu konteksdə də internetin informasiya mənbəyi kimi çox vacib olduğunu bildirib.

“Bütün səylərimizə baxmayaraq, rəqəmsal texnologiya, dövlət senzurası və dövlət səviyyəsində təkmilləşdirilmiş kiber təhlükəsizlik sahəsində görüləcək işlərimiz hələlik çoxdur. Yaşadığımız rəqabət və dinamik bir dövrdə internetin idarə edilməsi insanların təhlükəsizliyinin təmin edilməsi baxımından da böyük əhəmiyyət daşıyır. Bu gün dünyanın inkişafını elektron kommunikasiyasız təsəvvür etmək mümkün deyil. İnsanlar bir-birləri ilə əlaqə yaratmağa ehtiyac duyurlar və onların yerli, milli və beynəlxalq səviyyədə bu inkişafdan bəhrələnmək hüquqları var. Bununla belə, beynəlxalq razılaşma və standartların nəzərə alınması prioritetdir. Hesabatdan göründüyü kimi geniş və çox böyük əhəmiyyətə malik bu vacib sahə üzrə inkişaf etdirilməli məsələlər hələ də var. Bu tövsiyələr ilə, əlbəttə ki, insan hüquqları icmasının yeganə narahat olduğu məqamlar bitmir. Lakin, aydındıır ki, bu hesabatdakı tövsiyyələr internet idarəçiliyi mühitinin yaxşılaşdırılmasına öz töhfəsini verəcək”, – deyə o ələvə edib.

Əvvəlkiİlham Əliyev Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun açılışında iştirak edib
NövbətiAğcabədidə torpağa basdırılmış meyit tapılıb – Amansızlıqla öldürülüb