“Delta Telekom” Prezidentin təşəbbüsünə qoşulub – Dəstək Fonduna 500 min manat köçürdü

“Delta Telekom LTD” MMM Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli fərmanı ilə koronovirus infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində həyata kecirilən tədbirlərə dəstək məqsədilə yaradılmış Koronovirusla Mübarizəyə Dəstək Fonduna 500 min manat vəsait köçürüb.

Bundan başqa, “Delta Telekom” tətil günlərində, eləcədə virusla bağlı mübarizə tədbirləri çərçivəsində xüsusi iş rejiminə keçib. Əməkdaşların virusa yoluxma riskini azaltmaq üçün zərurət olmadıqca iş yerlərinə gəlmədən evdən işləməsi üçün göstəriş verilib və şərait yaradılıb.

Müştərilərin etibarlı internet xidməti ilə təmin olunması məqsədilə növbətçilik əsasında iş davam etdirilir.

Müəssisənin müştərilərlə əlaqə mərkəzi 7/24 rejimində çalışır və yarana biləcək problemlərin vaxtında və dərhal həll olunması üçün aidiyyatı mütəxəssislərə yönləndirilir.

Əvvəlki“Yelo Bank” koronavirusla mübarizəyə 200 min manat ayırdı
NövbətiAzərbaycan jurnalistlərinə koronavirusla bağlı müraciət