Dekabr ayı üzrə bütün sosial ödənişlər başa çatdırılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımı tam ödənilməklə yekunlaşdırılıb.

Fondun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, dekabrın 8-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə pensiyalar, dekabrın 15-də güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin pensiyaları, dekabrın 24-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımları tam ödənilib.

ƏvvəlkiSon sutkada yeni növ koronavirus infeksiyasına 376 yeni yoluxma qeydə alınıb
NövbətiDünyada koronavirusa yoluxanların sayı 280 milyonu ötüb