DÇ-2022: Millimizin oyunlarının təqvimi açıqlandı

DÇ-2022-nin seçmə mərhələsində A qrupunda mübarizə aparacaq Azərbaycan milli komandasının oyunlarının təqvimi açıqlanıb.

Türk.az AFFA-nın saytına istinadən xəbər verir ki, Canni De Byazinin başçılıq etdiyi kollektiv qrupda ilk matçını 2021-ci il martın 24-də səfərdə Portuqaliyaya qarşı keçirəcək.

2021-ci il

24 mart

20:45. Portuqaliya – Azərbaycan

27 mart

Qətər – Azərbaycan

30 mart

18:00. Azərbaycan – Serbiya

1 sentyabr

20:45. Lüksemburq – Azərbaycan

4 sentyabr

18:00. İrlandiya – Azərbaycan

7 sentyabr

18:00. Azərbaycan – Portuqaliya

9 oktyabr

18:00. Azərbaycan – İrlandiya

12 oktyabr

20:45. Serbiya – Azərbaycan

11 noyabr

18:00. Azərbaycan – Lüksemburq

14 noyabr

Azərbaycan – Qətər

Oyunların başlanma saatı mərkəzi Avropa vaxtı ilə göstərilib.

Qeyd edək ki, UEFA son Asiya çempionu Qətər millisini 2022-ci ildə keçiriləcək dünya çempionatına hazırlıq məqsədilə dəvət edib. Qətər millisi A qrupunda yer alan bütün komandalarla təqvimə uyğun olaraq ev-səfər prinsipi əsasında qarşılaşacaq. Rəqiblərin səfər məsafəsinin qısa olması üçün Qətər millisinin ev oyunları Avropada keçiriləcək.

Bu yığmanın iştirakı ilə baş tutacaq ev oyunlarının məkanı və saatı barədə əlavə məlumat veriləcək.

ƏvvəlkiQarabağda “Zəfər”, “ŞAKİR” və “Şuşa” mobil stansiyaları qurulub
NövbətiBakıda anbarda baş verən yanğın söndürülüb