Bakıda anbarda baş verən yanğın söndürülüb

Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 300 kv/m olan anbarın dam örtüyünün yanar konstruksiyaları və içərisində olan mallar yanıb. Anbara bitişik sexlər yanğından mühafizə olunub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Yanğın zamanı xəsarət alan olmayıb.

ƏvvəlkiDÇ-2022: Millimizin oyunlarının təqvimi açıqlandı
Növbəti“YAŞAT” Fondunun Himayəçilik Şurasının ilk iclası keçirilib