Daxili Qoşunların hərbi qulluqçusunun döyülməsi ilə bağlı araşdırmalara başlandı

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N saylı hərbi hissəsində bir hərbi qulluqçunun digərinə zor tətbiq etməsini əks etdirən videogörüntülərlə bağlı araşdırmalara başlanıb.

Bu barədə Trend-ə Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Firad Əliyev məlumat verib.

O bildirib ki, faktla bağlı Bakı Hərbi Prokurorluğunda araşdırma aparılır. “Qanunvericiliyin tələblərinə müvafiq bütün zəruri tədbirlərin görülməsi, o cümlədən fakta hüquqi qiymət verilməsi təmin ediləcəkdir” ,- deyə F.Əliyev bildirib.

ƏvvəlkiBakı-Füzuli-Bakı şəhərlərarası müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
NövbətiProkurorluq kibercinayətkarların banklar adından insanlara sms göndərməsi ilə bağlı açıqlama yayıb