Daxili İşlər Nazirliyi vətəndaşlara və sosial şəbəkə istifadəçilərinə təşəkkür edib

Daxili İşlər Nazirliyi (DİN) Formula 1 yarışı ilə əlaqədar sürücülərə müraciət edib.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a daxil olan müraciətdə bildirilib ki, Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq olunduğundan sürücü və piyadaların mənzil başına təhlükəsiz çatmaları, həmçinin nəqliyyatın fasiləsiz hərəkətinin təmin olunması məqsədilə polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmət apardılar.

“Məhdudiyyət tədbirlərini anlayışla qarşılayıb dəstəkləyən, bu sahədə müəyyənləşdirilmiş tələblərə nəzarəti həyata keçirən daxili işlər orqanları əməkdaşlarının çətin və məsuliyyətli fəaliyyətini yüksək qiymətləndirən bütün vətəndaşlarımıza, eyni zamanda, polis əməkdaşlarının xidməti fəaliyyətini əks etdirən foto və videoları öz səhifələrində paylaşaraq onlara mənəvi dəstəklərini nümayiş etdirən sosial şəbəkə istifadəçilərinə dərin təşəkkürümüzü bildiririk”, – deyə müraciətdə qeyd olunub.

ƏvvəlkiFormula 1 Azərbaycan Qran-Prisi “Red Bull Racing Honda” komandasının pilotu Serxio Peresin qələbəsi ilə başa çatıb
NövbətiAğdamın azad olunan ərazisində narkotik plantasiyası aşkarlandı