Dastançılıq ənənəsinin qorunması gündəmdə

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi Azərbaycan
Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının
dəstəyi ilə"Qaçqın və məcburi köçkün bölgələrindən olan ustad
aşıqlara məxsus dastançılıq ənənəsinin qorunması” layıhəsi
çərçivəsində Göygöl şəhərində tədbir keçirib.
Göygöl rayon Aşıq Şamşir adına müsiqi maktabinin direktoru
Nurana xanım Aliyeva bildirib ki, bu gün Azərbaycanın dünyanın ən
zəngin folklor sərvətlərindən birinə sahib olduğu bütün dünyaya bəllidir.
Dastanların bir çoxu sovetlər dönəmində və müstəqillik dövründə lentə
alınmışdır. Lakin bu dastanlar artıq folklorşünasların öyrəndikləri və
topladıqları materiallara əsaslandığından, onların toplaya bilmədikləri
müxtəlif dastanlar bu gün çox az sayda dastançı aşıqların ifasında qalsa
da, yazıya və lentə alınmamışdır. Hazırda yetişməkdə olan gənc aşıqlar
arasında dastançı aşıq ənənəsi tamamilə itməkdədir.
Dastan söyləmək, dastanı gələcək nəsillərə ötürmək missiyasını
indi ahıl yaşda olan aşıqlar yaşatmaqdadır. Əgər indiqaçqın və məcburi
köçkün bölgələrindən olan bəzi ahıl aşıqların ifasında səslənən dastanlar
yazıya alınmazsa, onlar itmək təhlükəsi ilə üz-üzə qalacaq və bu
bölgələrin dastançılıq ənənəsi itib gedəcəkdir.
Digar cıxış edənlər də, Aşıq sənətinin xalqımızın mədəni tarixinda
mühüm yeri olduğunu vurğuladılar va bu sənətə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin və Azarbaycanın 1-çi vitse
Prezidenti, ölkənin birinci xanımı, UNESKO və İSESKO-nun
xoşməramlı səfiri Mehriban xanım Əliyevanın bu sahəyə xüsusi
qayğısından bəhs etdilar.
Bildirdilar ki, məhz Mehriban xanım Əliyevanın sayəsində aşıq
sənəti UNESKO-nun Qeyri-maddi mədəni irs üzrə siyahısına daxil
edilib. Cıxış edan ziyalılar bu cür layihələrin həyata
keçrilməsinin xüsusi əhəmiyətindən bəhs etdilər və bu kimi layihələra
verdiyi dəstəyə görə Azərbaycan Respublikası Prezidenti yanında QHT-
lərə Dövlət Dəstəyi Şurasına minnətdarlığlarını bildirdilar.
Tədbirin sonunda ustad aşıq Fətulla Göyçəlinin ifasında sazda xalq
dastanlarından nümunələr səsləndirildi va ganç aşıqlara dastanlarımız
haqqında malumat verildi.

ƏvvəlkiNovruz Məmmədov intihar etmək istəyən şəxsi necə xilas etdi? “BAŞ NAZİR ONU ƏMİN EDİB Kİ…”
NövbətiAzərbaycanda xınayaxdı mərasimində faciə: ÖLƏN VAR