Dahi mütəfəkkir Abbasqulu ağa Bakıxanov haqqında videoçarx hazırlanıb

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 nömrəli filialı pandemiya şəraitində, sərt karantin rejiminin tələblərinə uyğun olaraq oxuculara onlayn xidmətlər göstərməkdədir.

İdarədən AZƏRTAC-a bildirilib ki, kitabxana bu dəfə izləyiciləri görkəmli şair, alim, mütəfəkkir Abbasqulu ağa Bakıxanovun həyat və yaradıcılığı ilə tanış edib.

Xatırladaq ki, Azərbaycan elm tarixində özünəməxsus yer tutan Abbasqulu ağa Bakıxanov “Qanuni-Qüdsi”, “Əsrarül-mələküt”, “Təhzibül-əxlaq”, “Eynül-mizan”, “Gülüstani-İrəm” kimi əsərləri ilə böyük şöhrət qazanıb. Dil, coğrafiya, tarix, astronomiya, məntiq, psixologiya və digər elmlərə aid əsərləri onun hərtərəfli bir alim olduğunu göstərir.

Görkəmli alim 1847-ci ildə Məkkədən Mədinəyə gedərkən vəba xəstəliyindən vəfat edib.