Daha 33 şagird koronavirusa yoluxub

Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.

Nazirlikdən “Report”a bildirilib ki, 14 şagirdin hərarəti 2 dərəcədən yuxarı olub.

Daha 33 şagird və 12 işçidə koronavirus aşkarlanıb.

Distant təhsilə keçmiş siniflərin sayı isə 8, məktəblərin sayı isə 7-dir.

Əyani təhsilə qaytarılmış siniflərin sayı 3-dür

İndiyə qədər ölkə üzrə 37 məktəb, 60 sinifdə tədris dayandırılıb və distant təhsilə keçirilib.

ƏvvəlkiAzərbaycanda koronavirusa sutkalıq yoluxma sayı 500-ü ötdü
NövbətiTÜRKPA-nın Baş katibi Ermənistanın təxribatlarını kəskin şəkildə qınayıb