Dənizdə dalğanın hündürlüyü 5,4 metrə çatıb

Senytabrın 10-u saat 18:00-a olan məlumata əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib. Bəzi yerlərdə güclü külək əsib.

Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a bildirilib ki, şimal-qərb küləyi arabir Qəbələdə 24 m/s, Neftçalada 20 m/s, Naftalanda 18 m/s, Beyləqan və Naxçıvanda 16 m/s, Şəkidə 15 m/s-dək, Bakıda və Abşeron yarımadasında 28-33 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 5,4 metrə çatıb.

ƏvvəlkiAzərbaycanda ilk Sığorta Festivalının bağlanış mərasimi olub
NövbətiKür çayında suyun səviyyəsi qalxıb