Çindən ölkəmizə gətirilən tut tinglərinin 50 mini Qəbələ rayonunda əkilib

Baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədilə dekabrın əvvəlində Çindən ölkəmizə gətirilən 1 milyon tut tingindən 50 mini bölgü əsasında Qəbələ rayonunda əkilib. Bundan əlavə, payız mövsümündə rayonun kəndlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ayrılmış 38 min yerli tut tinginin əkilməsi də təmin olunub.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzinin Bitkiçilik şöbəsinin müdiri Elimdar Şərifov məlumat verib.

Onun sözlərinə görə, baramaçılığın inkişaf etdirilməsi və gələcəkdə yaş barama istehsalının artırılması məqsədilə son üç ildə rayon ərazisində 258 min tut tingi əkilib. Bunun 110 minini Çindən gətirilən tinglər təşkil edir.

ƏvvəlkiCulfa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib
NövbətiDOST Agentliyinin Müşahidə Şurasının ilk iclası keçirilib