Çindən 4 azərbaycanlı tələbə Bakıya gətirilib, onlar karantində saxlanılır

“Çində olan 4 azərbaycanlı tələbə dünən gecə ölkəyə gətirilib”.

“Report”un xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Əbubəkirov bildirib.

O qeyd edib ki, tələbələrin digər insanlarla ünsiyyətdə olmaması üçün Dövlət Sərhəd Xidməti və Gömrük Komitəsinin xüsusi ayırdığı keçiddən keçiblər:

“Daha sonra həmin tələbələr bağlı (qapalı) olan bir tibb müəssisəsinə aparılıb. Onların valideynlərinə izah olunub ki, tələbələrdə hər hansı bir xəstəlik əlamətləri aşkar edilməyib. Tədbirlər ona görə görülür ki, Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun inkubasiya müddətini 14 gün təyin edib. Yəni koronavirus 14 gün ərzində özünü biruzə verə bilər. Tələbələrin yerləşdirildiyi tibb müəssisəsində onlar üçün hər cür şərait yaradılıb. Bu barədə onların yaxınlarına da məlumat verilib ki, əgər 14 gün ərzində tələbələrin səhhətində hər hansı bir dəyişiklik olmasa, rahatca evlərinə yola salınacaqlar”.

ƏvvəlkiCenevrədə Azərbaycan və Ermənistan XİN başçıları arasında görüşün növbəti mərhələsi keçirilir
NövbətiSəhiyyə Nazirliyi koronavirusla bağlı vətəndaşlara müraciət edib