Çində sabiq merin evində 13,5 ton qızıl aşkar edilib

Çin polisi Quamçjou şəhərinin keçmiş meri Çjan Tszinin evində keçirdiyi axtarışlar zamanı külçə şəklində 13,5 ton qızıl tapıb.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

Bundan əlavə, 57 yaşlı keçmiş merin evindəki gizli zirzəmidən külli miqdarda nağd pul aşkarlanıb. Məlum olub ki, o, neçə min kv.m. lüks daşınmaz əmlakı da gizlədib.

Pul, qızıl, rəsm əsərləri və əntiq əşyaların daşınması üçün bir neçə hərbi yük maşını lazım olub.

Sabiq mer ölüm cəzası ilə üzləşə bilər.

Əvvəlki“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin köhnə ərazisi Milli Gimnastika Arenasına təhvil veriləcək
NövbətiPrezident Beynəlxalq Maliyyə Korporasiyasının vitse-prezidentinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib