Çində müvəqqəti xəstəxanaların 11-i bağlanıb

Çinin Uhan şəhərinin stadionlarında və sərgi mərkəzlərində təşkil olunan 14 müvəqqəti xəstəxanadan 11-i bağlanıb.

Türk.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Qeyd olunub ki, çox sayda müalicə almış xəstənin sağalmasından sonra Uhanda təşkil edilən 14 müvəqqəti xəstəxanadan 11-i ləğv edilib.

Digər xəstələr koronavirus infeksiyası olan xəstələrin qəbul edildiyi ixtisaslaşdırılmış xəstəxanalara köçürülüb.

Son vaxtlar Çində epidemiyanın vəziyyəti, Hubey əyaləti də daxil olmaqla yaxşılaşmağa başlayıb.

ƏvvəlkiSon 24 saat ərzində Cənubi Koreyada koronavirusa 248 yeni yoluxma hadisəsi qeydə alınıb.
NövbətiErmənilər atəşkəsi 31 dəfə pozdu