Çin etirazlar fonunda Honkonqun polis rəisini dəyişib

Çin hökuməti Honkonq polisinin rəhbərini vəzifəsindən azad edib.

“Report” xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Təklif Honkonq administrasiyasının rəhbəri Kerri Lam tərəfindən irəli sürülüb.

Belə ki, Honkonq polisinin keçmiş rəhbəri Lu Veyçunu Den Binçyan əvəzləyəcək.

ƏvvəlkiBakı-Sabunçu, Sabunçu -Bakı istiqamətində elektrik qatarlarının hərəkəti 16:30-dək dayandırılacaq
NövbətiDağlıq Qarabağın azərbaycanlı icmasının sədri Los-Ancelesdə Amerika Yəhudi Komitəsinin rəhbərliyi ilə görüşüb