Ceyhun Bayramov Pakistanda Azərbaycan Səfirliyini ziyarət edib

Xarici işlər naziri Ceyhun Bayramov Pakistana rəsmi səfəri çərçivəsində AR-in İslamabaddakı Səfirliyini ziyarət edib

Trend bu barədə Xarici İşlər Nazirliyinin “Twitter” hesabına istinadən məlumat verir.

Bildirilir ki, nazir Ümumilli lider Heydər Əliyevin büstü önünə tər çiçəklər düzüb və Səfirliyin xatirə kitabına ürək sözlərini yazıb.

ƏvvəlkiSabah paytaxtda bəzi avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək
NövbətiTürkiyənin səhiyyə naziri canlı yayımda peyvənd edildi