Ceyhun Bayramov BƏƏ-nin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri ilə telefonla danışıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Şeyx Abdullah bin Zayed Əl Nəhyan arasında telefon danışığı baş tutub.

Bu barədə “Report”a Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, telefon danışığı zamanı tərəflər Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında mövcud olan ikitərəfli və beynəlxalq platformalarda münasibətlərin yüksək səviyyəsini məmnunluqla qeyd edib və əlaqələrin gələcək perspektivlərini müzakirə ediblər. Nazirlər yeni 2023-cü ildə siyasi, iqtisadi, ticarət və s. istiqamətlərdə əməkdaşlıq əlaqələrinin daha da inkişaf edəcəyinə əmin olduqlarını vurğulayıblar.

C.Bayramov həmkarını bölgədəki vəziyyət, habelə post-münaqişə dövründə ölkəmiz tərəfindən həyata keçirilən bərpa-quruculuq işləri barədə məlumatlandırıb.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər müzakirə edilib.

ƏvvəlkiHavanın soyuq olmasına baxmayaraq, Xankəndi-Laçın yolunda etiraz aksiyası axşam da davam edir
NövbətiÖmər Çəlik: PKK terror təşkilatı Fransa tərəfindən birbaşa himayə olunur