Çaykənddə ermənilər tutuldu- EKSKLÜZİV

Göygöl Rayonunun Çaykənd kəndində iki erməni saxlanılıb. 

Gununsesi.org-un xəbərinə görə, Rusiya vətəndaşı olan erməni ər və arvad kənddə foto çəkərkən diqqəti cəlb edib. Saxlanılan zaman məlum olub ki, milliyyətcə erməni olan bu şəxslər Rusiya pasportu daşıyır.

Onlar turist kimi Gəncədə qalırmış. Hazırda onlar Göygöl rayonuna gətirilib.

Qeyd edək ki, Çaykənd kəndi düşmənlə təmas xəttindədir.

Məsələ ilə bağlı məlumat almaq üçün Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlıya etdiyimiz zənglər cavabsız qaldı.

Mövzuya qayıdacağıq.

ƏvvəlkiHacıqabulda avtomobil zavodu tikintisinin birinci mərhələsinin başa çatacağı vaxt açıqlanıb – EKSKLÜZİV
NövbətiPATRUŞEVİN SƏFƏRİNƏ BİR BAXIŞ