Çavuşoğlu: “BMT qlobal problemləri həll etmək iqtidarında deyil”

“BMT qlobal problemləri həll etmək iqtidarında deyil”.

“Report” TRT-yə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Nazir yenidən BMT sisteminin planetdəki problemlərin həlli üçün əlverişli olmadığı fikrini bölüşüb.

“BMT Təhlükəsizlik Şurasının koronavirus pandemiyası ilə bağlı birgə qərar qəbul etməsi üç ay çəkib”, – Çavuşoğlu əsaslandırıb.

ƏvvəlkiHindistanda leysan yağışları nəticəsində ölənlərin sayı 14-ə çatıb
NövbətiQuterreş: “Ukrayna böhranı 1,7 milyard insanı yoxsulluq təhlükəsi ilə üz-üzə qoyur”