Cənubi Koreyada koronavirusa yoluxanların sayı çoxalır

Cənubi Koreyada koronavirusa yoluxanlar daha 315 nəfər ataraq 2 337 nəfərə çatıb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Koreya Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi bildirib.

Bu, gün ərzində yoluxma sayının indiyədək görülən ən yüksək səviyyəsidir. Yoluxanların 280-i ölkədə epidemiyanın mərkəzi olan Daequ şəhəri, habelə ətrafdakı Şimali Cyonqsanq əyalətinin payına düşür.

Ötən gün 256 yoluxma halının olduğu açıqlanmışdı.

Qeyd edək ki, Cənubi Koreyada koronavirusa ilk yoluxma halı bu il yanvarın 20-də qeydə alınıb. İndiyədək 13 nəfərin öldüyü, 27 nəfərin də sağaldığı bildirilir.

Əvvəlkiİranda koronavirusa yoluxan deputatların sayı artdı
NövbətiTürkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər