Cəlilabadda xarici ölkə səfirliyinin avtomobili qəzaya uğradı, xəsarət alan var

Cəlilabad rayonunda yol qəzası baş verib.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə Ələt-Astara avtomobil yolunun rayonun Uzuntəpə ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, İran İslam Respublikasının Azərbaycandakı səfirliyinə məxsus “Toyota” markalı avtomobil qəzaya uğrayıb.

Qəza nəticəsində səfirliyin əməkdaşı xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

ƏvvəlkiErmənilər Pənahəli xanın tikdirdiyi Şahbulaq qalasını özününküləşdirməyə çalışsalar da, buna nail olmayıblar
Növbəti2020-ci ildə dünyada 65 jurnalist qətlə yetirilib