Cəlilabad sakinini əkin sahəsində ildırım vurub

Cəlilabad rayonunda bədbəxt hadisə baş verib.

“Report”un Muğan bürosunun məlumatına görə, rayonun Alar kəndində sakin, 1976-ci il təvəllüdlü Quliyev Füzuli Mirzəbala oğlunu əkin sahəsində ildırım vurub.

O, koma vəziyyətində xəstəxanaya çatdırılıb.

Hazırda reanimasiya şöbəsində müalicəsi davam etdirilir.

ƏvvəlkiBalıkesirdə meşə yanğını baş verib
NövbətiGürcüstan mətbuatı: Təbii fəlakətlə bağlı ilk başsağlığı və yardım təklifi Azərbaycandan gəlib