Balıkesirdə meşə yanğını baş verib

Türkiyənin Balıkesir əyalətinin Burhaniye rayonunda meşə yanğını baş verib.

Trend xəbər verir ki, hadisə yerinə meşə təsərrüfatı idarəsi və yanğınsöndürmə idarəsinin 52 əməkdaşından ibarət qrup cəlb olunub.

Yanğının söndürülməsində 1 təyyarə və 2 helikopter də iştirak edib. Yanğın məhdudlaşdırılıb və nəzarət altına alınıb.

ƏvvəlkiBaş nazir Əli Əsədov Gürcüstanın Baş naziri İrakli Qaribaşviliyə başsağlığı verib
NövbətiCəlilabad sakinini əkin sahəsində ildırım vurub