Cənubi Koreya səfiri SOCAR Karbamid Zavodunda olub

Koreya Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Li İn-Yonq SOCAR-ın Sumqayıtda yerləşən Karbamid Zavodunda olub.

“Report” xəbər verir ki, zavodun direktoru Xəyal Cəfərov zavodun layihəsi haqqında məlumat verib, həmçinin qonaqları istehsal və anbar sahələri ilə tanış edib.

“Zavodun avadanlıqları müasirdir, iş sistemi çox yaxşı təşkil olunub. Bundan əlavə, hesab edirəm ki, zavod həm daxili bazarın tələbatının ödənilməsində, həm də ixracda yaxşı nəticələr göstərdiyi üçün Azərbaycan iqtisadiyyatına böyük töhfələr verib. Ümid edirəm ki, Koreya və Azərbaycan gələcəkdə də əməkdaşlığı davam etdirəcək və eyni uğurlu layihələri yaradacaqlar”, – Li İn-Yonq vurğulayıb.

Xatırladaq ki, Sumqayıt Kimya Sənaye Parkının ərazisində SOCAR Karbamid Zavodu 2019-cu il yanvarın 16-da istifadəyə verilib. Müəssisə ildə 650-660 min ton karbamid istehsal etmək gücündədir.

Zavodun məhsulları Cənubi Amerika ölkələri, Avropa, Hindistan və Pakistanın böyük bazarları daxil olmaqla, 15-dən çox dövlətə ixrac olunur.