Peru prezidenti parlamentin buraxıldığını elan edib

Peru prezidenti Pedro Kastilyo çərşənbə günü parlamentin buraxıldığını elan edib və ölkədə fövqəladə vəziyyət elan edib.

Trend-in məlumatına görə, bu barədə ölkə prezidenti xalqa müraciətində deyib.

“Ölkənin hər yerindən vətəndaşların şikayətləri ilə əlaqədar qərarlar qəbul edildi: hüquqi demokratik dövlətin bərpası üçün fövqəladə hökumət yaradılsın. Bunun bir hissəsi olaraq aşağıdakı tədbirlər görüldü: Respublika Konqresinin müvəqqəti buraxılması və fövqəladə hökumətin yaradılsın, doqquzdan gec olmayaraq yeni konstitusiya hazırlamaq üçün konstitusiya hüququ ilə Konqresə mümkün qədər tez yeni seçkilərin təyin edilsin. Bu gündən komendant saatı başlayır”, deyə o bildirib.

ƏvvəlkiCənubi Koreya səfiri SOCAR Karbamid Zavodunda olub
NövbətiXəzər dənizinin Azərbaycan bölməsində suiti cəsədləri aşkarlanıb