Cəlilabadda ilk yerüstü piyada keçidinin inşası yekunlaşıb

Cəlilabad şəhərində yerüstü piyada keçidinin inşası yekunlaşıb.

“Report”un Muğan bürosunun məlumatına görə, keçid şəhərin Heydər Əliyev prospektində inşa olunub.

Yerüstü keçid yaxınlıqda yerləşən 3 nömrəli məktəbin heyətinin, həmçinin rayon sakinlərinin yolun qarşı və əks tərəfinə rahat keçməsi məqsədilə tikilib.

Tikinti işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən icra edilib.

ƏvvəlkiABŞ kosmosda silahların yerləşdirilməsini qadağan edən sənədin yaradılmasına mane olur
NövbətiMEDİA-nın dəstəyi ilə “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu “COP29 silsilə mühazirələri”nə başlayıb