“Buta Airways”in təyyarəsi Həştərxanda hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar Bakıya qayıdıb

“Buta Airways” aviaşirkətinin J2-9235 nömrəli Bakı-Həştərxan reysini yerinə yetirən hava gəmisinin kapitanı Həştərxan hava limanı ətrafında hava şəraitinin kəskin pisləşməsi (zəif görünmə) ilə əlaqədar hava limanına geri qayıtmaq qərarına gəlib.

Trend xəbər verir ki, təyyarə saat 17:40-da Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.

Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Həştərxana yola düşəcəklər.

Əvvəlkiİlham Əliyev Şavkat Mirziyoyevə zəng edib
NövbətiZaqatalada Vətən müharibəsi şəhidi Nail Abakarovun xatirəsi anılıb