Bu il Naxçıvanda 21 ailəyə ipoteka krediti verilib

Muxtar respublikada ipoteka kreditlərinin verilməsi davam etdirilir. 2020-ci ilin yanvar ayından bu günə kimi 21 ailəyə ipoteka krediti maliyyələşdirilməsi həyata keçirilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, muxtar respublikada əhalinin uzunmüddətli kreditlərlə yaşayış sahəsi ilə təmin olunmasında “Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti mühüm rol oynayır. Bu günədək dövlət qulluqçuları, hərbçilər, müəllimlər, həkimlər, polislər və digər sahələrdə işləyən muxtar respublika sakinləri maliyyələşdirilmiş ipoteka kreditlərindən istifadə edərək mənzil sahibi olublar.

ƏvvəlkiBakının Nəsimi, Nizami və Suraxanı rayonları üzrə güzəştli və xüsusi şərtlərlə pensiya təyin olunmuş şəxslərin nəzərinə!
NövbətiTaksi və avtobuslarda maska taxmayan 140 nəfər cərimələndi