Bu il dünyada 4,4 min nəfərdən çox miqrant ölüb

2021-ci ilin əvvəlindən bugünədək 4,4 min nəfərdən çox miqrant dünyasını dəyişib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) məlumat yayıb.

Qeyd edilir ki, 2014-cü ildən bəri ölənlərin sayı 45,4 mini ötüb.

Məlumata görə, Meksikada ötən həftə yol qəzalarında ölən onlarla miqrant nəzərə alınmaqla, ölənlərin sayı 4 470-i keçib.

2021-ci ildə Avropada 2 720 ölüm qeydə alınıb ki, bu da 2018-ci ildən indiyədək ən yüksək göstəricidir.

ƏvvəlkiMilli Məclisin sədri Sahibə Qafarova İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqının 16-cı konfransında çıxış edib
NövbətiTürkiyə və Rusiya XİN rəhbərlərinin müavinləri Qarabağdakı vəziyyəti müzakirə ediblər