Bu il Azərbaycanda Qurban bayramı namazı qılınmayacaq

Koronavirus pandemiyasına görə bu il Azərbaycanın məscidlərində Qurban bayramı namazı qılınmayacaq.

“Report”un əldə etdiyi məlumata görə, Qafqaz Müsəlmanları İdarəsi bayram namazının evdə qılınmasını tövsiyə edib.

Eyni zamanda vətəndaşlara qurbanlıqları onlayn qaydada sifariş etməkləri məsləhət görülür.

Xatırladaq ki, Azərbaycanda 31 iyul və 1 avqustda Qurban bayramı qeyd ediləcək. Bayramın ikinci günü həftənin şənbə gününə düşür. Beləliklə, bayram günü ilə istirahət günü üst-üstə düşdüyündən beşgünlük iş həftəsində çalışanlar üçün avqustun 4-ü, altıgünlük iş həftəsində çalışanlar üçün isə avqustun 3-ü ilk iş günü olacaq.

ƏvvəlkiPrezident Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
NövbətiAtəşkəs rejimi 65 dəfə pozulub