Bu il 34 mindən çox şəxsə əlillik təyin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu ilin yanvar-avqust ayları ərzində 34,1 min şəxsə əlillik təyin edib.

Nazirlikdən “Report”a verilən məlumata görə, onlardan 16,8 mininə ilkin, 17,3 mininə təkrar əlillik təyinatı aparılıb.

Əlilliyin qiymətləndirilməsi elektron sistem vasitəsilə, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumat əsasında həyata keçirilir. Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir.

Bu ilin 8 ayında Agentliyin reabilitasiya mərkəzləri tərəfindən 49,1 min şəxsə reabilitasiya xidmətləri göstərilib.

ƏvvəlkiSabah Türkiyə ilə Gürcüstan arasında siyasi məsləhətləşmələr keçiriləcək
NövbətiNazirlik: “İlin sonunadək əhalinin həssas kateqoriyasından olan şəxslərə 1500 mənzil veriləcək”