Bu gündən etibarən “Formula-1″ ilə bağlı 17 marşrutun hərəkət sxemi dəyişdirilir

Bu gündən etibarən Bakıda keçirilən “Formula-1 Azərbaycan Qran Pri” yarışları ilə əlaqədar ictimai nəqliyyatın fasiləsiz fəaliyyətini təmin etmək məqsədi ilə 17 marşrut xətti üzrə (1, H1, 2, 4, 5, 6, 8, 14, 18, 31, 37, 46, 61, 65, 77, 88, 124)  avtobusların hərəkət sxemində dəyişiklik edilib.

Bu barədə “APA-Economics”ə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat verib.

Məlumata görə, 125 nömrəli marşrut xəttinin fəaliyyəti isə müvəqqəti olaraq dayandırılacaq.

ƏvvəlkiPrezident İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibi haqqında Sərəncam imzalayıb
NövbətiErmənistanda bir gündə 277 aksiya iştirakçısı saxlanıldı