Bu gün Qaradağın bir hissəsində elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Bu gün saat -11.00-dan 15:00-dək Qaradağ rayonu Müşviqabad qəsəbəsi yaşayış binaları, Yeni Müşviq massivi həyət evləri, 28 May qəsəbəsi, Müşviqabad-Sumqayıt yolunun sağ və sol hissələrindəki həyət evlərinə elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.

Bu barədə “Report”a “Azərişıq” ASC-nin Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

T.Mustafayevin sözlərinə görə, fasilə 110 kV-luq Xırdalan hava elektrik verilişi xəttində aparılan yenidənqurma və təmir işləri ilə əlaqədardır.

“Azərişıq” ASC yaranmış narahatlığa görə istehlakçılardan üzr istəyir.

ƏvvəlkiErmənistan atəşkəs rejimini 22 dəfə pozub
NövbətiCəlilabadda ana və qızını qətlə yetirən şəxs ömürlük azadlıqdan məhrum edilib