Bu gün Milli Məclis Azərbaycanın yeni ombudsmanını seçəcək

Milli Məclisin bu gün keçiriləcək plenar iclasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) seçilməsi məsələsi müzakirəyə çıxarılacaq.

“Report” xəbər verir ki, ombudsman vəzifəsinə üç namizəd irəli sürülüb.

Namizədlər Bakı Apellyasiya Məhkəməsinin sədr müavini Kəmalə Abıyeva, Ali Məhkəmənin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kəmalə Əliyeva və Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin müavini Səbinə Əliyevadır.

Qeyd edək ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili vəzifəsini 82 yaşlı Elmira Süleymanova icra edir. E.Süleymanova 2002-ci ildən Ombudsmandır. Onun Ombudsman kimi səlahiyyət müddəti 2017-ci il martın 5-də bitib.

ƏvvəlkiAtəşkəs rejimi 23 dəfə pozulub
Növbəti“Ulduz” filminin yenilənmiş versiyasının təqdimatı olacaq