Bu gün keçirilən imtahanların nəticələri elan olunub

Dövlət İmtahan Mərkəzi (DİM) Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Məktəbinin feldşer ixtisasına və Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin V sinfinə qəbul olmaq üçün avqustun 27-də keçirilən imtahanların nəticələrini elan edib.

DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahanda iştirak edənlər mərkəzin saytında imtahan nəticələri və “cavab kartı”nın qrafik təsviri ilə tanış ola bilərlər. İştirakçıların imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operator nömrələrindən “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənmələri mümkündür.

Feldşer ixtisasına qəbul imtahanında iştirakı nəzərdə tutulan 66 nəfərdən 3 nəfər, DSX-nin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanında isə iştirakı nəzərdə tutulan 1150 nəfərdən 61 nəfər imtahana gəlməyib.

Qeyd edək ki, bu gün keçirilən digər 2 imtahan – Azərbaycan dili (dövlət dili kimi) və Sabah qruplarına qəbul imtahanlarının nəticələri də yaxın 2 gün ərzində elan olunacaq.

ƏvvəlkiMDBMİ-nin rektoru Anatoli Torkunovun 70 illik yubileyi münasibətilə “Rossiya-24” və “Rossiya-1” telekanallarında Prezident İlham Əliyevin müsahibəsi yayımlanıb
NövbətiAtəşkəs rejimi 54 dəfə pozulub