Bu gün COVID-19 əleyhinə 74 min dozadan çox peyvənd vurulub

Avqustun 27-də Azərbaycanda 74 min 220 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 44 min 691, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 29 min 529 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 6 milyon 493 min 757, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 3 milyon 929 min 404, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 2 milyon 564 min 353 nəfər təşkil edir.