Bu gün COVID-19 əleyhinə 67 min dozadan çox peyvənd vurulub

Sentyabrın 28-də Azərbaycanda 67 min 400 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 16 min 357, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 51 min 43 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 8 milyon 417 min 975, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 730 min 132, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 3 milyon 687 min 843 nəfər təşkil edir.