Bu gün COVID-19 əleyhinə 39 min dozadan çox peyvənd vurulub

Noyabrın 16-da Azərbaycanda 39 min 287 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 min 992, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9 min 625 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı isə 23 min 670 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 10 milyon 132 min 50, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 28 min 482, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 490 min 360 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 613 min 208 nəfər təşkil edib.